Haqqımızda
10+
İllik Təcrübə
Biz Kimik
Qiymətləndirmə Xidməti Mərkəzi
Qiymətləndirmə Xidməti Mərkəzi MMC 2016-cı ildə təsis olunmuşdur. Təsis edildiyi tarixdən etibarən, peşəkar qiymətləndirici heyəti ilə fəaliyyətə başlamış və bu müddət ərzində bir çox mühüm layihələrə imza atmışdır. Bu layihələrin hər birində uğur qazanaraq müsbət nəticələr əldə edilmişdir.
Fəaliyyətə başladığı gündən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Rayon İcra və Probasiya Şöbələri, Məhkəmələr, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Dövlət Gömrük Komitəsi və digər dövlət qurumları ilə uzunmüddətli və məhsuldar əməkdaşlıq əlaqələri qurulmuşdur.
Qiymətləndirmə Xidməti Mərkəzi MMC 22.12.2023-cü il tarixindən №q/25 saylı müqaviləyə əsasən Azərbaycan Respublikası İpoteka Kredit və Zəmanət Fondunun müvəkkil qiymətləndirici təşkilatlarından biri olaraq fəaliyyət göstərir.
Məlumat olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası çərçivəsində qiymətləndiricilər 9 müxtəlif istiqamət üzrə müvafiq sahələrdə imtahanlardan yüksək nəticələr göstərərək Azərbaycan Qiymətləndiricilər Palatasına üzv olduqdan sonra peşəkar qiymətləndirici kimi fəaliyyət göstərə bilərlər.
Sertifikatlı
Beynəlxalq standartlar
Peşəkar Komanda
Təcrübəli mütəxəssislər
Sürətli Xidmət
Vaxtında nəticə
Etibarlılıq
Məxfilik qarantiyası
Missiyamız
Müştərilərimizə beynəlxalq standartlara uyğun, dəqiq və etibarlı qiymətləndirmə xidmətləri göstərərək, onların biznes qərarlarına dəstək olmaq.
Vizyonumuz
Azərbaycanda qiymətləndirmə sahəsində lider şirkətə çevrilmək və regional bazarda tanınan marka olmaq.
Komandamız
Peşəkar Komandamız
Mustafazadə İnqilab İmran oğlu
Direktor
Həsənov Vüsal Zülfüqar oğlu
Ekspert-Qiymətləndirici
Əmirova Vüsalə Elxan qızı
Mütəxəssis
Əzizov Cabir Əjdər oğlu
Qiymətləndirici-mütəxəssis
Məmmədkərimov Cavid Ələddin oğlu
Qiymətləndirici-mütəxəssis
Aslanova Aygün Zirəddin qızı
Baş mütəxəssis
Əlizadə Fərid Habil oğlu
Qiymətləndirici